AZ

Gürcüstan DTX-nin sabiq rəhbəri HƏBS EDİLDİ

Gürcüstanda Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Qriqol Liluaşvili saxlanılıb. 

Olaylar.az xəbər verir ki, bu barədə baş prokuror Giorgi Qvarakidze brifinqdə bildirib.

Onun sözlərinə görə, Liluaşvili dindirilmək üçün prokurorluğa aparılıb. İstintaqdan sonra xüsusi xidmət orqanının keçmiş rəhbərinin saxlanılması barədə qərar qəbul edilib.

Müstəntiqlər Liluaşvilini rüşvətxorluq da daxil olmaqla bir neçə maddədə ittiham edirlər.

Günahkar bilinərsə, keçmiş məmur 11 ildən 15 ilə qədər həbs cəzası ilə üzləşə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
100
olaylar.az

1Mənbələr