Azərbaycanın dini irsi yenidən canlanır
Xəbər:
Milli Məclisin payız sessiyasındakı plenar iclasda deputat Ceyhun Məmmədov ölkədə dini-mədəni irsin bərpası sahəsində görülən işlərdən danışıb.
"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, o bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi məbədlərin, məscid və ziyarətgahların bərpası və yenilərinin inşası davam edir.
Deputatın sözlərinə görə, 2003-cü ildən bu günə qədər ölkədə dövlət dəstəyi ilə 250-dən artıq məscid tikilmiş və ya təmir olunmuşdur.
"Bu fəaliyyətlər milli-mənəvi dəyərlərə göstərilən diqqət və qayğının əyani nümunəsidir".
Ceyhun Məmmədov həmçinin vurğulayıb ki, həm yəhudi, həm də xristian məbədlərinin bərpası Azərbaycan gerçəkliyini əks etdirən sağlam dini-mənəvi mühitin möhkəmləndirilməsinə xidmət edir.
Afət ZİYADQIZI