AZ

“Barselona” ulduz futbolçuya qapını göstərdi

“Aston Villa” “Barselona”nın futbolçusu Mark-Andre Ter Ştegenin xidmətində maraqlıdır. Metbuat.az xəbər verir ki, ingilis komandası "Barselona"dan mümkün transferlə bağlı məlumat istəyib. Məlumata görə, “Aston Villa” Ter Ştegenin fiziki vəziyyəti ilə bağlı ətraflı sorğu aparıb. İddialara görə, “Barselona” qapıçını mövsümün fasiləsində klubdan göndərmək istəyir.

Qeyd edək ki, məşqçi Hansi Flik Ter Ştegenin gələcək planlarının bir hissəsi olmadığını açıqlayıb. Joan Qarcianın transferindən sonra Mark-Andre Ter Ştegen heyətdən kənarda qalıb. Joan Qarcianın əvəzedicisi isə “Barselona”da uğurlu oyunlar nümayiş etdirən Voyçex Şesni hesab edilir.

Seçilən
47
1
metbuat.az

2Mənbələr