GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.
ABŞ Prezidenti Donald Trampın və hökumətin qərarı ilə dünyanın 30 ölkəsindən geri çağırılan səfirlər arasında Ermənistandakı nümayəndə də var.
Globalinfo.az xəbər verir ki, “Hraparak” qəzeti ABŞ-ın Ermənistandakı səfiri Kristina Kuinin Vaşinqtona çağırılmasının İrəvan hökumətində ciddi narahatlığa səbəb olduğunu yazıb.
Qəzet bildirir ki, Kuin səfir vəzifəsinə 2023-cü ildə təyin olunub, onun səlahiyyət müddətinin bitməsinə hələ bir neçə ayı qalsa da, işinə erkən son verilib. Əvvəllər Ukraynada Ağ Evin müvəqqəti işlər vəkili funksiyasını yerinə yetirən Kuinin əslində son iki ildə Ermənistanın əsas kuratoru olduğu iddia edilir.
Belə ki, Baş nazir Nikol Paşinyan hökumətinin müxalifətə və kilsəyə qarşı kampaniyalarına, Ermənistanda ard-arda müşahidə olunan həbslərə Vaşinqtonun məhz buna görə səssiz qaldığı, əslində prosesin Kuinin nəzarətində həyata keçirildiyi bildirilir.
“Hraparak” yazır ki, keçmiş prezident Co Baydenin səlahiyyət müddətində İrəvana göndərilən səfirlə Tramp administrasiyasının fikirləri üst-üstə düşmür. Hətta Donald Trampın oğlunun Ermənistana planlanan səfərini də bu səbəbdən təxirə saldığı bildirilir. Belə ki, Ermənistan müxalifətinin aktiv simalarından Narek Karapetyanın məşhur jurnalist Teyker Karlsona müsahibəsində kilsəyə qarşı aparılan kampaniyadan danışması Trampın oğlunu narahat edib. Prosesləri öyrənən balaca Tramp, səfəri dərhal təxirə salıb.
Kuinin Ermənistandan geri çağırılmasının da buna görə olduğu, ABŞ hökumətinin daha uyğun hesab edəcəyi bir şəxsi İrəvana göndərəcəyi deyilir.
Ayşən Mustafa
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.