Ukraynada müharibə 2026-cı ildə bitə bilər.
İnterpress.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb. Aİ kredit məsələsində razılaşa bilməyib, Ukrayna zəmanətli maliyyədən məhrum qalıb.
Nəşr yazır ki, Ukraynadakı münaqişə 2026-cı ildə Kiyev üçün son dərəcə əlverişsiz şərtlərlə başa çata bilər.
Bildirilir ki, Avropa İttifaqı ölkələri Ukraynaya kredit verilməsi barədə razılığa gələ bilməyiblər. Bu səbəbdən rəsmi Kiyev yaxın illər üçün zəmanətli maliyyələşmədən məhrum qalıb.
Xuraman Etibarlı
İnterpress.az