AZ

“İran İsrail ilə müharibədə tam məğlubiyyətə uğradı” - SEPAH generalı

“İran İsrail və ABŞ ilə baş vermiş 12 günlük müharibədə tam məğlubiyyətə uğradı”.

Missiya.Az xəbər verir ki, bunu SEPAH generalı və strateji elmlər üzrə fəlsəfə doktoru Əli Abdi deyib.

Onun sözlərinə görə, bu qarşıdurma İslam Respublikası üçün heç bir siyasi, hərbi və ya strateji uğurla nəticələnməyib.

Abdi bildirib ki, rəsmi dairələrin, o cümlədən İranın ali dini lideri Seyid Əli Xameneinin ABŞ və İsrailin ağır zərbə alaraq geri çəkildiyi ilə bağlı açıqlaması reallığı əks etdirmir.

Generalın fikrincə, İran həmin müharibədə həm informasiya müharibəsində, həm də təhlükəsizlik sahəsində ciddi məğlubiyyət yaşayıb.

Abdi bu uğursuzluğun əsas səbəblərindən birini idarəetmədə səriştəli ziyalıların deyil, şəxsi maraqlarını güdən şəxslərin üstünlük təşkil etməsi ilə izah edib və nəticəni məğlubiyyət kimi dəyərləndirib.

Daşqın HəsənovMissiya.Az

Seçilən
13
missiya.az

1Mənbələr