AZ

"Milan" Divok Origi ilə yolları ayırdı

style='margin-bottom:10px;'>

“Milan” belçikalı hücumçu Divok Oriqi ilə yollarını ayırıb.

QOL.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb. Bildirilir ki, tərəflər arasında 2026-cı ilin iyununa qədər olan müqavilə qarşılıqlı razılıq əsasında ləğv edilib.

30 yaşlı futbolçu 2023-cü ilin may ayından “rossoneri”nin heyətində meydana çıxmayıb. Oriqi 2023/2024 mövsümünü icarə əsasında İngiltərənin “Nottingem Forest” klubunda keçirib. Bundan sonra isə “Milan”ın əsas heyətindən kənarda qalıb və fərdi şəkildə məşq edib.

Maraqlıdır ki, Oriqi klubda oynamadığı müddətdə illik təxminən 4 milyon avro maaş alırdı. Bu məbləğ “Milan”a cari yay transfer olunan yarımmüdafiəçi Luka Modriçin (3,5 milyon avro) qazancından daha çox idi.

Qeyd edək ki, Divok Oriqi 2022-ci ildə “Milan”a keçmiş və klubla 4 illik müqavilə imzalamışdı.

Seçilən
82
1
teleqraf.com

4Mənbələr