AZ

Türkiyəli nazir: Yeni strategiya uşaqları rəqəmsal mühitdə qorumağa imkan verir

BAKI, 23 dekabr. TELEQRAF

Türkiyədə rəqəmsal mühitdə, sosial media və oyun platformalarında uşaqlarla əlaqədar hüquqi tənzimləmə həyata keçiriləcək.

Teleqraf xəbər verir ki, bunu Türkiyə Respublikasının ailə və sosial xidmətlər naziri Mahinur Özdemir “Rəqəmsal mühitdə uşaqların müdafiəsi: Müasir alətlər və beynəlxalq əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda deyib.

O bildirib ki, yaxın zamanda bu barədə müvafiq qərarlar təqdim ediləcək.

"Biz uzun müddətdir bunun üzərində çalışırıq. Bilirsiniz ki, bir sıra ölkələrdə 13-15 yaşlı uşaqların sosial şəbəkələrə və internetə çıxışi ilə bağlı məhdudiyyətlər tətbiq edilib. Bu kimi məsələlər bizdə də uzun müddətdir işlənilir və ciddi addımlara hazırlaşırıq".
O qeyd edib ki, Türkiyədəki 2024-2028-ci ildəki strategiya sayəsində uşaqların rəqəmsal mühitdə müdafiəsi həyata keçirilir:

"Digital mühitdə ailənin dəstəklənməsi çox vacib məsələdir. Turkiyə uşaqların qorunmasını qurumlar arasındakı əlaqə və ailələrlə aparılan intensiv iş sayəsində həyata keçirə bilir.Uşaqlar üçün dost tətbiqlərlə onlar üçün zərərsiz rəqəmsal mühit qurmağa çalışırıq. Həmçinin, rəqəmsal mühitdəki zərərli informasiyaları müəyyən edərək, uşaqlar üçün əlçatmaz hala gətirməyə çalışırıq".

Seçilən
54
1
teleqraf.com

2Mənbələr