futbolpress-az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Emin Mahmudov Premyer Liqada 50-ci qolunu vurub.
Futbolpress.az xəbər verir ki, Azərbaycan çempionatında yalnız “Neftçi”nin formasını geyinən yarımmüdafiəçi 221-ci oyununda 100-ü yarılayıb.
O, Premyer Liqanın XVI turunun “Karvan-Yevlax”la görüşündə (2:1) yubiley topunu vurub. İlk qoluna çempionatda debüt etdiyi 2017/18 mövsümündə imza atan Mahmudov yarışın tarixinə 50 və daha çox top vuran 43-cü futbolçudur.
Yarımmüdafiəçi Azərbaycan çempionatlarının yüksək liqasında eyni klubda ən azı bu qədər qol vuran 16-cı oyunçudur.
Mahmudov “Neftçi” ilə çempionatda 50 və ya daha çox qol vuran 4-cü bombardirdir. O, yalnız Samir Ələkbərov, Qurban Qurbanov və Yunis Hüseynovdan geri qalır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.