AZ

Makron Merzə XƏYANƏT ETDİ

Yazını böyüt
Yazını kiçilt

“The Financial Times” ötən həftə Avropa İttifaqı (Aİ) liderləri arasında Ukraynanın maliyyələşdirilməsi ilə bağlı pərdəarxası müzakirələri araşdırıb.

Hafta.az yazır ki, dekabrın 18-də Brüsseldə keçirilən Aİ Liderlər Zirvəsində Ukrayna müharibəsindən sonra tətbiq edilən sanksiyalar səbəbindən dondurulmuş Rusiya aktivlərindən istifadə planı müzakirə olunub.

Zirvədən sonra Aİ liderləri Rusiya aktivlərinin istifadə olunmayacağını, lakin "Moskva Ukraynaya müharibə təzminatı ödəyənə qədər" dondurulmuş qalacağını bildiriblər.

Aİ Şurasının prezidenti Antonio Kosta bildirib ki, "Ukraynaya 90 milyard avro resurs ayırmaq qərarını təsdiqlədik. Bu, təcili vəziyyət olduğundan, Aİ büdcəsi tərəfindən dəstəklənən krediti aktivləşdirəcəyik".

Macarıstan, Çexiya və Slovakiya bu yükü daşımayacaq.

Digər tərəfdən, Moskva 210 milyard avro dəyərində aktivlərinin istifadəsinin beynəlxalq hüququn pozulması olduğunu, belə bir addım atılacağı təqdirdə məhkəməyə müraciət edəcəyini vurğulayır.

“The Financial Times” Almaniya kansleri Fridrix Merzin Rusiya aktivlərindən istifadənin tərəfdarı olduğunu bildirib. Əvvəlcə bu ideyaya qarşı açıq şəkildə çıxmayan Fransa prezidenti Emmanuel Makronun sonradan geri çəkildiyi deyilir.

İddia edilirdi ki, Makronun komandası Moskvanın Aİ-yə qarşı potensial məhkəmə iddiasını qazanacağı təqdirdə Fransanın kompensasiya ödəyə bilməyəcəyini vurğulayıb.

Rusiya aktivlərinin istifadəsinə etiraz edən Belçika, İtaliya, Macarıstan, Slovakiya və Çexiyaya qoşulmaqla Makronun bu ideyanı məhv etdiyi bildirilir.

Adı və rolu açıqlanmayan, lakin cümə axşamı keçirilən görüşlərdən birbaşa xəbərdar olduğu deyilən yüksək vəzifəli Aİ diplomatı sağçı İtaliya baş nazirinə istinadən deyib: "Makron Merzə xəyanət etdi və nəticələrinin olacağını bilir. Amma o qədər zəifdir ki, Giorgia Meloniyə tabe olmaqdan başqa çarəsi qalmayıb". Alman Marşal Fondunun (GMF) beyin mərkəzinin əməkdaşı Georgina Rayt da şərh verib: "Brüsseldə Fransanın təsirinin azaldığı və Berlinin əsl böyük oyunçu olduğu barədə güclü bir hiss var".

Seçilən
34
hafta.az

1Mənbələr