AZ

Orta Dəhlizin əsas həlqələrindən biri olan Azərbaycanla münasibətlərimiz daha da strateji xarakter alıb - Cevdet Yılmaz

Bakı. Trend:

Rusiya–Ukrayna müharibəsindən sonra Orta Dəhlizin stratejiəhəmiyyəti daha da artıb. Bu baxımdan, Orta Dəhlizin əsashəlqələrindən biri olan Azərbaycanla münasibətlərimiz daha dastrateji xarakter alıb.

Trend xəbərverir ki, bunu Türkiyə Respublikasının vitse-prezidenti CevdetYılmaz bu gün Bakıda keçirilən II Azərbaycan–Türkiyə İnvestisiyaForumunda çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan və Ermənistan arasında 8 avqust2025-ci ildə imzalanan sülh sazişi regionda sabitliyin təminolunması baxımından mühüm addımdır:

"Sülh tam şəkildə bərqərar olduqda, bu, Cənubi Qafqazda sabitlikvə rifah üçün geniş imkanlar yaradacaq, eyni zamanda Türk dünyası,Orta Asiya, Türkiyə və Avropa arasında inteqrasiyanıgücləndirəcək.

Zəngəzur dəhlizinin açılması Orta Dəhlizin rəqabət qabiliyyətinidaha da artıracaq. Bununla yanaşı, Azərbaycanın enerji sektorundahəyata keçirdiyi transformasiyanı və qlobal miqyasda oynadığı roluyüksək qiymətləndiririk".

Məqalədə:
Seçilən
52
1
az.trend.az

2Mənbələr