AZ

İngiltərədə QALMAQAL: Ölmüş nənəni təyyarəyə mindirdilər, "yatır" dedilər

İngiltərədə bir ailənin vəfat etmiş nənəni "yatır" deyərək təyyarəyə mindirdiyi iddia olunur.

7News.Az "Metro" nəşrinə istinadən xəbər verir ki, sərnişinlərin sözlərinə görə, qadın beş qohumunun müşayiəti ilə səyahət edirmiş. Şahidlər iddia edirlər ki, minikdən əvvəl ailə üzvləri yerüstü xidmət personalına yaşlı qadının sadəcə "yorulduğunu" və "yatdığını" bildiriblər.

Təyyarə uçuş-enmə zolağına doğru hərəkət etməyə başlasa da, ekipaj sərnişinin vəfat etdiyindən şübhələnib, uçuş dayandırılıb. Reys ləğv edilib və qadının cəsədi təyyarədən çıxarılıb.

"EasyJet" aviaşirkəti vəfat etmiş şəxsin təyyarəyə buraxılması ilə bağlı ittihamları təkzib edib. Daşıyıcının rəsmi açıqlamasında bildirilib ki, qadın minik zamanı sağ olub.

Açıqlamada vurğulanıb ki, yalnız təyyarəyə mindikdən sonra sərnişinə tibbi yardım lazım olub və təəssüf ki, o, dünyasını dəyişib.
Seçilən
31
7news.az

1Mənbələr