AZ

Vins Zampella “Ferrari”də qəzaya düşüb? – İnternetdə müəmmalı VİDEO

Vins Zampellanın qəza anı yayılıb.

İnterpress.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumatlar yayılıb. Sosial şəbəkələrdə yayılan görüntülərin həqiqətən əfsanəvi tərtibatçıya aid olub-olmadığı dəqiqləşdirilir.

Məlumata görə, “Battlefield” franşizasının rəhbəri Vins Zampellanın həlak olduğu qəzaya aid olduğu iddia edilən görüntülər internetdə sürətlə yayılmağa başlayıb.

İddialara görə, o, qiyməti 380 min dollar (təxminən 646 min manat) olan yeni “Ferrari 296 GTS” superkarında qəzaya uğrayıb.

Bildirilir ki, sözügedən avtomobil modelinin 2026-cı ildə satışa çıxarılması nəzərdə tutulurmuş. Maşın 100 km/saat sürəti cəmi 2,9 saniyəyə yığır, maksimal sürəti isə 300 km/saatdır.

Zampellanın sürətli avtomobillərin böyük pərəstişkarı olduğu və şəxsi superkar kolleksiyasına sahib olduğu qeyd edilir. Lakin yayılan videonun real olub-olmadığı və qəzanın təfərrüatları barədə hələlik dəqiq məlumat yoxdur.

 

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
63
interpress.az

1Mənbələr