AZ

Bakıda dəhşətli hadisə - İstifadəsiz maşının içindən meyit tapıldı

Bakıda avtomobildən meyit tapılıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə dekabrın 22-də saat 15:00 radələrində Bakı şəhərinin Nizami rayonu ərazisində qeydə alınıb.

Paytaxt sakini 1969-cu il təvəllüdlü Rasim Məmmədoviç Əliyevin üzərində zorakılıq əlamətləri müşahidə olunmayan meyiti A. Mirzəyev küçəsində istifadəyə yararsız vəziyyətdə olan avtomobilin içərisində aşkarlanıb.

Faktla bağlı Nizami rayon prokurorluğu tərəfindən araşdırma aparılır./News24.az

Seçilən
27
1
bakivaxti.az

2Mənbələr