AZ

Cevdet Yılmaz: Orta Dəhlizin strateji əhəmiyyəti artıb, Azərbaycan isə əsas həlqələrdən biridir

Orta Dəhlizin strateji əhəmiyyəti artıb, Azərbaycan isə əsas həlqələrdən biridir.

"APA-Economics" xəbər verir ki, bu barədə Bakıda keçirilən II Azərbaycan–Türkiyə İnvestisiya Forumunda çıxış edən Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz bildirib.

Onun sözlərinə görə, Rusiya–Ukrayna müharibəsindən sonra Orta Dəhlizin cəlbediciliyi və istifadə imkanları əhəmiyyətli dərəcədə artıb. Vitse-prezident qeyd edib ki, bu baxımdan Orta Dəhlizin əsas komponentlərindən biri olan Azərbaycanla münasibətlər daha strateji xarakter alıb.

C. Yılmaz vurğulayıb ki, Azərbaycan və Ermənistan arasında 8 avqust 2025-ci ildə imzalanmış və sülhün təmin olunmasına dair yol xəritəsini əhatə edən razılaşma regional sabitlik baxımından mühüm mərhələdir. Onun fikrincə, bu sülh prosesinin tam reallaşması Cənubi Qafqazda sabitlik və rifah üçün möhkəm zəmin yaradacaq.

Vitse-prezident əlavə edib ki, bu proses eyni zamanda Orta Asiya və Türk dövlətləri ilə Türkiyə və Avropa arasında iqtisadi və nəqliyyat əlaqələrinin daha da dərinləşməsinə mühüm töhfə verəcək. O bildirib ki, Zəngəzur bağlantısının açılması Orta Dəhlizin rəqabət qabiliyyətini daha da artıracaq.

C. Yılmaz, həmçinin, Azərbaycanın həm regional, həm də qlobal miqyasda artan roluna diqqət çəkərək, ölkənin enerji sektorunda həyata keçirdiyi transformasiya proseslərinin diqqətlə izlənildiyini qeyd edib.

Seçilən
39
1
apa.az

2Mənbələr