Macarıstanın Baş naziri Viktor Orban Ukraynanın süqutunu istəmir, çünki bu, onun ölkəsi üçün fəlakət olardı. Macarıstan Baş nazirinin sözlərinə görə, onun ölkəsi Ukraynanın elektrik enerjisinə tələbatının 44 faizini təmin edir.
Hafta.az yazır ki, Seqidə keçirilən müharibə əleyhinə, amma Rusiyapərəst mitinqdə çıxış edən Orban vurğulayıb: "Açıq deyək: Ukraynanın süqutu Macarıstan üçün fəlakət olardı. Qonşu ölkəmizdə sabitliyin yaranması çox vacibdir".
Orban əlavə edib ki, Macarıstan Ukraynanın elektrik enerjisinə təlabatının az qala əsəydi, dövlət "dağılacaqdı". Bundan əlavə, Macarıstanın Baş naziri iddia edib ki, onun ölkəsi Ukraynanın təbii qaza tələbatının 58 faizini təmin edir, bunun isə bir hissəsi məhz Rusiyadan gəlir. "Biz Rusiya təbii qazını idxal edirik və bir hissəsini ukraynalılara veririk. Dünya Brüsseldən göründüyündən bir az daha mürəkkəbdir. Ukraynanı həqiqətən dəstəkləyən hər kəs sülh üçün çalışmalıdır və bunu indi etməlidir", - Orban deyib.