
İtaliyanın Auqusta limanında CIF bazasında Azərbaycan nefti "Azeri Light"ın qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,46 ABŞ dolları və ya 2,3% artaraq bir barel üçün 65,71 ABŞ dolları təşkil edib.
Qeyd olunur ki, Türkiyənin Ceyhan limanında FOB bazasında Azərbaycan nefti "Azeri Light"in qiyməti 1,49 ABŞ dolları və ya 2,5% artaraq bir barel üçün 63,64 ABŞ dolları olub.
URALS markalı neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,61 ABŞ dolları və ya 5% artaraq bir barel üçün 33,66 ABŞ dollarına yüksəlib.
Şimal dənizində hasil olunan Dated Brent neftinin qiyməti isə əvvəlki göstərici ilə müqayisədə 1,29 ABŞ dolları və ya 2,1% artaraq bir barel üçün 62,46 ABŞ dolları təşkil edib.
Azərbaycanın 2025-ci il üzrə dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 70 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.