Prezident qəzetin yalan məlumat yaydığını iddia edib...
Poliqon xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp New York Times qəzetini ölkənin milli təhlükəsizliyi üçün ciddi təhdid adlandırıb. Tramp sosial şəbəkə Truth Social-da yazıb ki, “müvəffəqiyyətsiz New York Times və onların yalanları, qəsdən təhrifləri ölkəmizin milli təhlükəsizliyi üçün ciddi təhlükə yaradır”.
O, qəzetini radikal sol çılğınlıqda ittiham edib. Daha əvvəl isə Ağ Ev The Washington Post qəzetini “həftənin media cinayətkarı” adlandırmışdı.
Noyabrın sonunda Tramp administrasiyası yalan xəbərlərlə əlaqəli mediaya qarşı “şərəf lövhəsi” adlı virtual bölmə açıb. Bu bölmədə administrasiyanın fikrincə, yalan və yanıltıcı məzmun yayımlayan jurnalistlər və nəşrlər qeyd olunub. Siyahıda The Washington Post, Axios portalı və CNN telekanalı da yer alıb.
Poliqon.info