Türkiyənin “ATV” telekanalının “Ben Leman” serialının aqibəti bəlli olub.
“Cebheinfo.az” xəbər verir ki, ekran işi barəsində final qərarı verilib.
Reytinqlərdə gözləntilərin çox gerisində qalan layihə başa çatacaq. Serial 13-cü bölümü ilə ekranlara vida edəcək. Qeyd edək ki, “Ben Leman”da Burçin Terzioğlu, Özgür Çevik, Duygu Sarışın, Gökçe Eyüboğlu, Selin Şekerci və Şəbnəm Sönməz çəkilir.