Sankt-Peterburq sakini 13 qutu skoçu ölçüb istehsalçını məhkəməyə verib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Daha sonra avtobus gecikdiyi üçün daşıyıcı şirkətdən taksi pulu və mənəvi təzminat tələb edib.
Məlumata görə, Sankt-Peterburq sakini qeyri-adi məhkəmə iddiaları ilə diqqət çəkib. O, 13 qutu yapışqan lent (skoç) alaraq onların hər birinin uzunluğunu ölçüb. Uzunluğun qablaşdırmada göstərilən rəqəmlərlə uyğun gəlmədiyini görən alıcı istehsalçını məhkəməyə verib.
İddiaçı xərclədiyi 400 rublun (təxminən 7 manat) geri qaytarılmasını, mənəvi zərərə görə 10 min rubl (təxminən 170 manat) ödənilməsini və satıcının cərimələnməsini tələb edir.
Bununla kifayətlənməyən “prinsipial” vətəndaş ikinci iddiasını da qaldırıb. Bu dəfə hədəf avtobusun gecikməsi olub. Cədvəl üzrə gəlməyən avtobusa görə o, taksi sifariş etmək məcburiyyətində qalıb.
İddiaçı daşıyıcı şirkətdən taksiyə xərclədiyi 1300 rublu (təxminən 23 manat), 4000 rubl (təxminən 70 manat) mənəvi təzminatı və günahkarların cərimələnməsini tələb edir.
Xuraman Etibarlı
İnterpress.az