AZ

“3 min dolları al, min, get!” –ABŞ ölkəni könüllü tərk edən miqrantlara pul təklif edir

ABŞ hakimiyyəti ilin sonuna qədər könüllü olaraq ölkəni tərk etməyə razı olanlara pul təklif edir. Bununla bağlı qanunsuz immiqrantların sayını azaltmaq üçün tədbirləri gücləndirir.

AzPost bildirir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.

Məlumata görə, Vaşinqtonun immiqrasiya siyasəti sərtləşməyə davam edir. Əsas vasitələrdən biri şərtləri əhəmiyyətli dərəcədə yenidən işlənmiş sözdə özünü deportasiya proqramı olub.

ABŞ Daxili Təhlükəsizlik Departamenti Tramp administrasiyasının ölkəni könüllü olaraq tərk etməyə razı olan miqrantlar üçün ödənişlərin məbləğini üç dəfə artırdığını açıqlayıb. Təqaüd 3000 dollara qədər artırılıb. Bu, ABŞ-da qanunsuz olaraq yaşayan və bu ilin sonuna qədər ölkəni tərk edən şəxslər üçün mümkün olacaq.

Proqrama həmçinin mənşə ölkələrinə pulsuz aviabilet də daxildir.

Nazirlik vurğulayıb ki, bu tədbir dövlət xərclərini azaltmağa yönəlib. DHS-in məlumatına görə, bir sənədsiz şəxsin tutulması, saxlanılması və deportasiyasının orta qiyməti təxminən 17000 dollardır.

Daxili Təhlükəsizlik Departamentinin katibi Kristi Noem bildirib ki,  ölkədə qeyri-qanuni yaşayan əcnəbilər bu hədiyyədən istifadə edib özlərini deport etməlidirlər. “Əgər bunu etməsələr, biz onları tapacaq, həbs edəcək və onlar heç vaxt geri qayıtmayacaqlar”.

Prosesi sadələşdirmək üçün mart ayında könüllü gedişlərin qeydiyyatı üçün yenilənmiş mobil xidmət olan CBP Home istifadəyə verilib.

 

AzPost.az

Seçilən
24
1
azpost.info

2Mənbələr