AZ

NATO-nun baş katibi Ukraynaya dəstəyin davam etdirilməsinə çağırdı

Milad bayramı ərəfəsində NATO-nun baş katibi Mark Rutte Kiyevin müttəfiqlərini dəstəyini davam etdirməyə çağırıb.

Hollandiyanın sabiq baş naziri “dpa” xəbər agentliyinə verdiyi müsahibədə vurğulayıb ki, Prezident Vladimir Putinin rəhbərliyi altında Rusiyanın NATO üzv dövlətinə hücumunun qarşısını almaq üçün Ukrayna güclü qalmalıdır.

O, eyni zamanda, NATO üzvlərinin iyun ayında Haaqada keçirilən təşkilatın zirvə toplantısında müdafiə xərclərinin 2035-ci ilə qədər ÜDM-in 5 faizinə qədər artırılması qərarına əməl etməli olduqlarını söyləyib.

"Əgər bu iki şeyi etsək, özümüzü müdafiə etmək üçün kifayət qədər güclü olacağıq və Putin heç vaxt bunu etməyə (NATO üzv dövlətinə hücum etməyə - red.) cəhd etməyəcək".

Müdafiə xərclərinin artırılmasından danışarkən, o, xüsusilə Almaniyanı nümunə göstərib: "Almaniyanın hazırda gördüyü işlər həqiqətən təsirlidir. Almaniyasız heç nə işə yaramayacaq. O, liderlik rolunu başqalarına nümayiş etdirməlidir - və bunu edir”.

Rutte xatırladıb ki, Berlin müdafiə xərclərini 2035-ci ilə qədər deyil, 2029-cu ilə qədər ÜDM-in 3,5%-nə çatdırmağı hədəfləyib. 2024-cü ildə Almaniyanın müdafiə xərcləri ÜDM-in 2%-ni təşkil edib.

Seçilən
35
herbiand.az

1Mənbələr