Bakı. Trend:
Qazaxıstanda komissiya yaradılıb və istintaq hələ də davam edir.Hadisə baş verdiyi andan bir il ərzində yaranmış komissiyanın ilkinhesabatı bu ilin yanvarın axırında təqdim olundu. Amma tam hesabathələ yekunlaşmayıb.
Trend xəbərverir ki, bunu AZAL-ın vitse-prezidenti İlham Əmirov J2-8243reysinin anımına həsr olunmuş poçt markasının təqdimatı zamanıçıxışında bildirib.
O qeyd edib ki, ilkin hesabatda artıq komissiya təyyarəyə havadaolarkən qeyri-qanuni fiziki müdaxilə baş verib:
"Qara qutu da açıqlanandan sonra aydın oldu ki, təyyarəninhəyati sistemləri üçü birdən eyni anda sıradan çıxıb. Bu isətəyyarəyə kənar qüvvənin təsiri ilə baş verib".
AZAL-ın vitse-prezidenti tədbirin məqsədinin J2-8243 reysindəhəlak olanların xatirəsinə həsr olunmuş poçt markasının təqdimatıolduğunu bildirib və qeyd edib ki, poçt markası AZAL və Azərpoçt-unbirgə təşəbbüsü ilə hazırlanıb:
"Mən 40 il pilot kimi fəaliyyət göstərmişəm. Bu hadisədən sonrayüz dəfə özümü o heyətin yerinə qoyuram. Onlar təyyarəni o haldanecə idarə ediblər? Hələ də, buna cavab tapa bilmirəm. Buna həttatəyyarəni istehsal edən zavodlar da təəccüblənir".