Bakı. Trend:
Biz azad olunmuş ərazilərimizdə Böyük Qayıdışa dair I DövlətProqramından irəli gələn tədbirləri dəstəkləmək üçün özəlinvestisiyaların cəlb edilməsini fəal şəkildə təşviq edirik.Xüsusilə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının “yaşılenerji" potensialının səmərəli istifadəsi məqsədilə mövcudinfrastrukturun yenilənməsi və yenisinin tikilməsi üçün xaricikapitalın cəlb edilməsi davam edir.
Trend xəbərverir ki, bunu Baş nazir Əli Əsədov Bakıda keçirilən IIAzərbaycan–Türkiyə İnvestisiya Forumunda çıxışı zamanı deyib.
Baş nazir qeyd edib ki, Türkiyə şirkətləri azad olunmuşərazilərdəki layihələrin icrasına fəal şəkildə cəlb ediliblər:
"Ümumilikdə 20-yə yaxın Türkiyə şirkəti azad olunmuş ərazilərdə50-ə yaxın layihə icra edir və bu layihələrin dəyəri təqribən 5milyard dollardır.
Eyni zamanda ölkəmizin xüsusi iqtisadi zonalarında biznesinhəyata keçirilməsi üçün hər cür əlverişli şərait yaradılıb.İnvestorlar üçün cəlbedici şərtlər təklif edən Ələt Azad İqtisadiZonasını xüsusi qeyd etmək istərdim.
Bir sıra Türkiyə şirkətləri artıq sözügedən xüsusi iqtisadizonalarda fəaliyyət göstərir. Burada investisiya qoyuluşu üzrəəməkdaşlıq üçün yaxşı perspektivlər görürük. Odur ki, Türkiyəşirkətlərini daha fəal olmağa dəvət edirik".