AZ

Ödənişli süni intellekt agenti təqdim olunub

ain.az, Reyting.az portalına istinadən məlumatı açıqlayır.

"Google Chrome" şəbəkəsi üçün istifadəçi əvəzinə işləyən süni intellekt agenti təqdim edilib.

Reyting.az-ın məlumatına görə, yenilik barədə ilk dəfə açıqlama verən "Anthropic" şirkətinin rəsmi təmsilçisi deyib ki, "Claude" sistemi ödənişli xidmət kimi nəzərdə tutulsa da, yaxın gələcəkdə pulsuz xidmət növləri də ola bilər.

"Anthropic" şirkətinin hazırladığı "Claude" adlı genişlənmə sistemi brauzerdə açıq səhifələri analiz etməyi, eyni zamanda saytlarda istifadəçi adından əməliyyatların aparılmasını, həmçinin bütün sənədləri real vaxtda redaktə etmək funksiyalarını yerinə yetirir.

Mütəxəssislər bildiriblər ki, bu yeni sistem əsasən sürətli işləməyə, həmçinin gündəlik tapşırıqların avtomatlaşdırılmasına yönəlib və yalnız "Anthropic"in ödənişli abunəçiləri üçün əlçatandır.

Şirkət eyni zamanda xəbərdarlıq edib ki, korporativ planlarda mərkəzləşdirilmiş idarəetmə və sayt məhdudiyyətləri mövcuddur.

Oqtay QORÇU

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
69
reyting.az

1Mənbələr