AZ

Xocavənd rayonunun Xanoba kəndində 26 ədəd, Sos kəndində 85 ədəd fərdi yaşayış evinin təmirinə 6.5 milyon xərclənəcək

Xocavənd rayonunun Xanoba kəndində 2-ci mərhələ üzrə ümumi sahəsi 4375,8 kv/m olan 26 ədəd, Sos kəndində ümumi sahəsi 14305,5 kv.m olan 85 ədəd fərdi yaşayış evinin təmirinə ümumilikdə 6 511 300 AZN sərf edəcək.

 

Pravda.az-ın xəbərinə görə, işləri bu şirkətlər – “Capital Group” MMC və “Vemar Construction Group” MMC görəcək.

 

“Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi və şirkətlər arasında bağlanan müqavilələr üzrə satınalma prosedurları dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.

 

Cabir

Tarix: 23 Dekabr 2025, 09:58   
Seçilən
30
pravda.az

1Mənbələr