Bu gün Azərbaycan II Liqasında 14-cü tura yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, turun son günündə 3 görüş baş tutacaq.
İlin son oyunları eyni vaxtda - 14:00-da start götürəcək.
"Şəmkir" "Ağstafa Gəncləri"nin, "Dinamo" "Göygöl"ün qonağı olacaq. Debütant "Şirvan" isə doğma meydanda "Kür-Araz"ı sınağa çəkəcək.
Qeyd edək ki, ötən gün baş tutan görüşlərdə "Xankəndi" "Şəki Siti"ni 2:1, "Qaradağ Lökbatan" "Araz Saatlı"nı 13:1, "Quba" isə "Ağdaş"ı 6:1 hesabı ilə məğlub edib.
Azərbaycan II Liqası
XIV tur
23 dekabr
14:00. “Ağstafa Gəncləri” – “Şəmkir”
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Elvin Mədətov, Ruslan Quliyev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Ağstafa. Şəhər stadionu.
14:00. “Göygöl” – “Dinamo”
Hakimlər: Nahid Xasıyev, Aydın Bəxşiyev, Elman Kərimov, Rövşən Rəcəbov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Göygöl. Olimpiya İdman Kompleksinin stadionu.
14:00. “Şirvan” – “Kür-Araz”
Hakimlər: Ruslan Babayev, Ağadur Mahmudov, Səbuhi Əmrahov, Ceyhun Hüseynov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Şirvan. Olimpiya İdman Kompleksinin stadionu.
