Bakı. Trend:
Venesuela parlamenti ölkənin neft tankerlərinə qarşı həyatakeçirilən blokadaya qarşı qanun qəbul edib.
Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, sənəd neft tankerlərinə yönəlmiş təzyiq vəməhdudiyyətlərin qarşısını almağı, həmçinin Venesuelanın dənizdəsərbəst hərəkət və ticarət hüquqlarını qorumağı nəzərdə tutur.
Qanun layihəsi parlamentdə səsverməyə çıxarılaraq yekdillikləqəbul edilib. Sənəddə qeyd olunur ki, beynəlxalq hüquqa ziddşəkildə həyata keçirilən blokada və buna dəstək verən şəxslərcinayət məsuliyyəti daşıyacaq.
Venesuela parlamentinin rəhbərliyi bəyan edib ki, ölkənin neftdaşımalarına qarşı atılan addımlar dəniz quldurluğu xarakteridaşıyır və dövlət bu cür hallara hüquqi müstəvidə cavabverəcək.
Qeyd edək ki, qanun ABŞ-nin Venesuelaya qarşı sanksiyalarfonunda Karib dənizində bəzi neft tankerlərinə müdaxilə etməsindənsonra qəbul olunub.