Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Suriya Daxili İşlər Nazirliyi ölkə ərazisindən qanunsuz şəkildə çıxarılmağa cəhd edilən zenit raketlərinin müsadirə edildiyini bəyan edib. Rəsmi məlumata görə, söhbət "SAM-7" tipli zenit raketlərindən gedir.
Bizimyol.info xəbər verir ki, Suriya Müdafiə Nazirliyi bildirib ki, silahlar ölkənin şərqində, İraq sərhədinə yaxın yerləşən Deyr-əz-Zor vilayətinin Əl-Bukamal şəhərində bir evdə aşkar olunub.
Əməliyyatın dəqiq vaxtı, raketlərin mənbəyi, daşınma istiqaməti və müsadirə edilən silahların sayı ilə bağlı əlavə məlumat verilməyib.
Britaniyada nəşr olunan ərəbdilli “Asharq al-Awsat” qəzetinin Suriya Daxili İşlər Nazirliyinə yaxın mənbələrə istinadla yaydığı xəbərə görə, həmin zenit raketləri qaçaq yollarla “Hizbullah” hərəkatına çatdırılmalı imiş.
Mənbələr silahların konkret haradan əldə edildiyini açıqlamasalar da, qeyd ediblər ki, Suriyada 14 il davam edən vətəndaş müharibəsi dövründə İran daha əvvəl də Əl-Bukamal marşrutu vasitəsilə “Hizbullah” üçün silah qaçaqmalçılığı ilə məşğul olub.
Qadir, Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.