Ötən mövsüm tarixində ilk dəfə İran çempionu olan və Asiya Çempionlar Liqasına vəsiqə qazanan "Traktor" qitə turnirində uğurlu çıxışını davam etdirir.
Fanat.Az xəbər verir ki, Cənubi Azərbaycan komandası ÇL-in 6-cı turu çərçivəsində öz meydanında Qətərin “Əl-Duhail” klubu ilə qarşılaşıb.
Təbrizdə baş tutan görüş "qurdlar"ın əzmkar qələbəsi ilə yadda qalıb. "Traktor" ilk hissədən sonra hesabda geridə olsa da, fasilədən sonra geridönüş edə bilib - 2-1.
Beləliklə, xorvatiyalı Draqan Skoçiçin baş məşqçisi olduöu komanda Asiya Çempionlar Liqasının əsas mərhələsində ardıcıl dördüncü qələbəsini qazanıb.
Ev qələbəsi sayəsində “Traktor” xallarını 14-ə çatdırıb və turnir cədvəlində 2-ci pilləyə yüksəlib. Bu qələbə həm də Təbriz klubunun pley-offa vəsiqəni təmin etməsinə yardımçı olub.