AZ

ABŞ Sakit okeanda narkotik daşıdığı iddia edilən gəmini vurub

Bakı, 23 dekabr, AZƏRTAC

ABŞ hərbi qüvvələri Sakit okeanın şərq hissəsində beynəlxalq sularda narkotik kartelləri tərəfindən istifadə edildiyi iddia olunan bir gəmiyə zərbə endirib.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Cənub Komandanlığının açıqlamasında bildirilir.

Açıqlamada qeyd olunur: “Kəşfiyyat məlumatları gizli gəminin Şərqi Sakit okeanda məlum narkotik qaçaqmalçılığı marşrutu üzrə hərəkət etdiyini və narkotik ticarəti məqsədilə istifadə olunduğunu təsdiqləyib”.

Məlumata görə, hücum nəticəsində bir nəfər həlak olub.

Komandanlıq bildirib ki, “Cənub Nizə Əməliyyatı”nın Birgə Operativ Qrupu əməliyyata dekabrın 22-də ABŞ-ın müdafiə naziri Pit Heqsetin göstərişi ilə başlayıb.

Seçilən
62
4
azertag.az

5Mənbələr