Cənub Okeanında baş verən güclü fırtınalar atmosferdən daha çox istiliyi udmağa imkan verir və bu, okeanın qlobal istiləşməni yavaşlatmaq qabiliyyətinə birbaşa təsir göstərir.
QHT.az xəbər verir ki, İsveçin ən böyük və ən qədim universitetlərindən biri olan Göteborq Universitetinin tədqiqatı göstərir ki, fırtınalar səthi soyuq suları dərinliklərə batırır, dərin soyuq suları isə üzə çıxarır, nəticədə okean səthi daha çox istilik udur. Alimlər qeyd edir ki, mövcud iqlim modelləri bu prosesləri kifayət qədər dəqiq əks etdirmir, bu isə gələcək iqlim proqnozlarını az etibarlı edir. Tədqiqat zamanı müasir muxtar sualtı və səth robotları, həmçinin peyk və uzunmüddətli müşahidələrdən istifadə olunub. İlk dəfə olaraq fırtınaların okean istiləşməsindəki dəyişikliklərlə əlaqəsi son 20 il ərzində dəqiq göstərilib.
Nəticələr göstərir ki, yay fırtınaları okeanın istiliyi udma qabiliyyətinə ən böyük təsiri göstərir və gələcək iqlim proqnozlarının dəqiqliyi üçün bu proseslərin daha yaxşı anlaşılması vacibdir.
R.İmanov