AZ

Goranboyda qadın dəm qazından boğularaq ölüb

Goranboyda qadın dəm qazından boğularaq ölüb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini orta yaşlı qadın yaşadığı evdə dəm qazından boğularaq ölüb.

Hazırda qadının kimliyi dəqiqləşdirilir.

Onun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
19
6
apa.az

10Mənbələr