AZ

Prezidentin səfərdən imtina etməsi Rusiya hökumətinə bir mesajdır



"Cənab İlham Əliyev Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən MDB dövlət başçılarının qeyri-formal sammitinə və Ali Avrasiya İqtisadi Şurasının iclasına qatılmadı. Prezident Administrasiyasından bununla bağlı açıqlama verilib və Cənab Prezidentin iş qrafikinin sıxlığı səbəbindən görüşdə iştirak etmədiyi bildirilib. Həmçinin, Prezident İlham Əliyevin bu ilin oktyabr ayının 9-10-da Tacikistanda keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etdiyi və iclas çərçivəsində səmərəli görüşlər keçirdiyi qeyd olunub.

Bununla əlaqədar olaraq ilk növbədə onu qeyd etmək istərdim ki, Ali Avrasiya İqtisadi Şurası Rusiya, Belarus və Qazaxıstan tərəfindən yaradılan bir təşkilatdır və özündə əsasən ümumi gömrük sərhədlərini ehtiva edir. Azərbaycan Şuranın işinə qonaq qismində dəvət olunub və orada qəbul olunacaq qərarlar ölkəmiz üçün ciddi əhəmiyyət kəsb etmir.

MDB dövlət başçılarının sammitinə gəldikdə isə bu görüş qeyri-formal mahiyyət daşıdığı üçün hər hansı bir qərarın qəbul ediləcəyi planlaşdırılmırdı. Azərbaycan isə öz növbəsində təşkilatın özəyini təşkil edən Mərkəzi Asiya dövlətlərinin başçıları ilə mütəmadi və səmərəli görüşlərini keçirdiyi üçün bu platformaya lüzum qalmayıb. Açıqlamanın son bəndini diplomatik dildən "tərcümə" etsək, bu o deməkdir ki, hazırda MDB platformasında Azərbaycanın digər üzv dövlətlərlə müzakirə edəcək mövzusu yoxdur".

Bu fikirləri Newscenter.az-a siyasi şərhçi Elçin Ağamalı Azərbaycan prezidentinin MDB dövlət başçılarının qeyri-formal görüşünə qatılmamasını şərh edərkən səsləndirib. O bildirib ki, Prezidentin səfərinin təxirə salınmasında sammitin keçirdiyi tarixin də müəyyən təsirinin olması qənaətindəyəm:

"AZAL-a məxsus təyyarənin Rusiya ərazisində vurulmasının ildönümü ərəfəsində Prezidentin səfərdən imtina etməsi hesab edirəm ki, Rusiya hökumətinə bir mesajdır və hadisənin unudulmadığına dair xatırlatmadır".

Süleyman
Seçilən
50
1
newscenter.az

2Mənbələr