ain.az bildirir, Operativmedia saytına əsaslanaraq.
La Liqa çempionluğu uğrunda mübarizə aparan "Real Madrid" komandasında böyük ümidlərlə müqavilə imzalayan, lakin bu gözləntiləri doğrultmayan Endrik özünə yeni klub tapıb.
Operativ Media insayder Fabrizio Romanoya istinadən xəbər verir ki, 19 yaşlı braziliyalı hücumçu Endrik altı aylıq icarə müqaviləsi ilə Fransanın "Lion" klubuna keçib. Müqavilədə gənc oyunçu üçün satın alma seçimi yoxdur.
İspaniya mətbuatında yer alan xəbərlərə görə, gənc oyunçunun maaşının yarısını "Real Madrid" ödəyəcək. Endrikin mövsümün sonunda "Real Madrid"ə qayıdacağı bildirilib.
Bu mövsüm "Real Madrid"də 3 oyunda iştirak edən gənc futbolçu heç bir qol və ya məhsuldar ötürmə etməyib. Endrikin bazar dəyəri 25 milyon avro olaraq qiymətləndirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.