AZ

Peskov: Mayamidəki görüşlər iş prosesinin bir hissəsidir

Gununsesi saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Mayamidə Kirill Dmitriyev, Cared Kuşner və Stiv Uitkoff arasında keçirilən görüşlərlə bağlı açıqlama verib.

Peskov bu təmasların həlledici sıçrayış kimi qiymətləndirilməməli olduğunu vurğulayaraq, onların gündəlik iş prosesinin bir hissəsi olduğunu bildirib. Onun sözlərinə görə, görüşlərin əsas məqsədi ABŞ tərəfinin Avropa və Ukrayna ilə apardığı danışıqların nəticələri barədə məlumat əldə etmək olub.

“Bu, sadəcə iş prosesidir. Ən əsası amerikalılardan onların avropalılar və ukraynalılarla apardıqları işlərin nəticələri barədə məlumat almaq idi. Məhz bu məlumatlar əsasında həmin işlərin ‘Ankoric ruhuna’ nə dərəcədə uyğun olduğunu anlamaq mümkün olacaqdır”, – deyə Peskov qeyd edib.

Xatırladaq ki, ABŞ prezidenti Donald Trampın nümayəndələri ilə keçirilən qapalı məsləhətləşmələr Ukrayna münaqişəsinin həlli yollarının axtarılması baxımından mühüm əhəmiyyət daşıyır. Rəsmi Moskva bu təmasları ekspert səviyyəsində aparılan ciddi və silsilə görüşlərin mərhələlərindən biri kimi dəyərləndirir.

Şəbnəm

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
103
icma.az

1Mənbələr