AZ

Dünyanın ən bahalı komandaları açıqlandı

“Forbes” ənənəvi olaraq dünyanın ən dəyərli 50 idman komandası siyahısını açıqlayıb.

Publika.az xəbər verir ki, siyahıya NFL və NBA klubları ilə yanaşı, “Real” və “Barselona” kimi aparıcı futbol nəhəngləri də daxil edilib, lakin bu il reytinqə “Formula 1”-in önəmli komandaları da daxil edilib.

Qiymətləndirmələrə görə, ilk sırada NFL-in “Dallas Kavboys” komandası yer alıb. Onun dəyəri 13 milyard dollar qiymətləndirilir.

Xüsusilə F1 komandalarının mövqeyi diqqət çəkir. Əfsanəvi “Ferrari” 26-cı yerdə qərarlaşıb və dəyəri 6,5 milyard dollar olaraq qiymətləndirilir. Siyahıya həmçinin “Mercedes” komandası da daxil edilib – 6 milyard dollar.

Seçilən
58
publika.az

1Mənbələr