AZ

Cenevrədə Qorbaçov və Reyqanın görüşdüyü villa satılır

Oxu.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

19 noyabr 1985-ci ildə Sov. İKP MK-nın baş katibi Mixail Qorbaçov (1931-2022) və ABŞ Prezidenti Ronald Reyqanın (1911-2004) görüşdüyü Cenevrə gölünün sahilindəki tarixi "Villa Fleur d'Eau" (fransızca "su çiçəyi" deməkdir) 23 milyon İsveçrə frankına (təxminən 29 milyon dollar) satışa çıxarılıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Blick" nəşri məlumat yayıb.

Məlumata görə, məhz bu görüş soyuq müharibənin başa çatmasına səbəb olub.

Malikanə 12 otaq və təxminən 1 000 kvadratmetr sahədən ibarətdir. Bina 1867-ci ildə bir bankir tərəfindən sifariş edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
65
oxu.az

1Mənbələr