AZ

Qrossi: BMT Venesuela ilə ABŞ arasında dialoqun təşviqi üçün daha çox iş görməlidir

Bakı, 23 dekabr, AZƏRTAC

BMT Venesuela ilə ABŞ arasında dialoqu asanlaşdırmaq istiqamətində kifayət qədər fəal deyil və bu sahədə daha ciddi səylərə ehtiyac var.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru, Argentinanın BMT-nin Baş katibi vəzifəsinə namizədi Rafael Qrossi səsləndirib.

“Bizə BMT-nin hazırda təmin etmədiyi dialoq lazımdır. Məhz buna görə də, bu dialoqu asanlaşdıra biləcək yeni BMT rəhbərliyinə ehtiyac var”, – deyə Qrossi Argentinanın paytaxtında BMT-nin Baş katibi vəzifəsinə namizədliyini təqdim etdikdən sonra jurnalistlərə açıqlamasında bildirib.

Seçilən
54
azertag.az

1Mənbələr