AZ

Bu şəxslər hərbi xidmətə yararsız hesab edilməyəcək

Ukrayna Silahlı Qüvvələrində şəxslərin hərbi xidmətə yararsız hesab edilməsinə səbəb olan xəstəliklərin siyahısı qısaldılacaq.

Publika.az xəbər verir ki, bu barədə "Mash" "Telegram" kanalı məlumat yayıb.

Bu qərar itkilər fonunda qoşun çatışmazlığı ilə əlaqələndirilir.

"Tibb komissiyaları çağırışçıları vizual olaraq müayinə edəcək və onları tam müayinəsiz müharibəyə göndərəcək. İndi komissiyada səthi müayinə gedir", - deyə qeyd edilir.

Kanal bildirir ki, aşkar simptomlar yoxdursa, şəxs hərbi xidmətə yararlı elan edilir. Çağırışçının sağlamlıq problemləri varsa, bu bunun əvvəlcədən şəxsi məlumatlarına əlavə edilməsi vacibdir.

Seçilən
37
50
publika.az

10Mənbələr