AZ

"Lənkəran"lılar Sumqayıtdan “əliboş” qayıtdı, "Ordu"nun əhvalı düzəldi

Azərbaycan Basketbol Liqasında XI tura start verilib.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə 2 görüş baş tutub.

B qrupunu əhatə edən matçlarda Bakı İdman Sarayında "Naxçıvan"la qarşılaşan "Ordu" 86:64 hesablı qələbə qazanıb.

"Sumqayıt" isə Sumqayıt Olimpiya İdman Kompleksində "Lənkəran"a 99:95 hesabı ilə qalib gəlib.

Daha iki matç sabah baş tutacaq. XI turun NTD - "Gəncə" və "Sabah" - "Neftçi" matçları təxirə salınıb.

Seçilən
51
sportinfo.az

1Mənbələr