“Qarabağ” Çempionlar Liqasının cari mövsümündə ən çox cərimə zərbəsi qazanan komandadır.
Sportinfo.az xəbər verir ki, Azərbaycan çempionu Liqa mərhələsinin 5 matçında ümumilikdə 87 dəfə bu imkanı əldə edib.
Bu baxımdan ikinci sıranı 4 komanda bölüşür. Onlardan biri də “Ayaks”dır.
Niderlandlılar, həmçinin “Vilyarreal”, “Arsenal” və “Atletik” 79 cərimə zərbəsi yerinə yetirib.