AZ

Niderlandda bayram şousu zamanı avtomobil izdihama çırpılıb, yaralılar var

Bakı, 23 dekabr, AZƏRTAC

Niderlandın Gelderland əyalətinin Nunspeit şəhərində bayram işıq şousu zamanı avtomobilin izdihamın üzərinə çırpılması nəticəsində azı doqquz nəfər xəsarət alıb.

AZƏRTAC xəbər verir ki, Gelderland hüquq-mühafizə orqanlarının nümayəndələri bildiriblər: “Doqquz nəfər yaralanıb, onlardan üçünün vəziyyəti ağırdır. Hazırda hər hansı qəsdən törədilmiş qanun pozuntusuna dair əlamət yoxdur, lakin polis araşdırmanı davam etdirir”.

Avtomobili 56 yaşlı yerli sakin olan qadın idarə edib. O, yüngül xəsarətlər alıb və saxlanılıb. Hadisə yerinə bir neçə təcili tibbi yardım briqadası, polis və yanğınsöndürmə bölmələri, eləcə də tibbi helikopterlər cəlb olunub.

Bütün zərərçəkənlər xəstəxanaya yerləşdirilib. Polis hadisənin başvermə səbəblərini araşdırır. Bələdiyyə orqanları bayram tədbirinin vaxtından əvvəl dayandırıldığını elan ediblər.

Seçilən
43
2
azertag.az

3Mənbələr