AZ

Dövlət çevrilişində ittiham olunur

Qafqazinfo saytına istinadən ain.az xəbər verir.

Böyük Britaniyanın İslahat Partiyası (Reform UK) Baş nazir Kir Starmeri hakimiyyəti qanunsuz yollarla əldə saxlamaqda ittiham edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Telegraph” qəzeti məlumat yayıb.

İddialara görə, gərginliyin əsas səbəbi Leyboristlər Partiyasının Kent bölgəsində İslahat Partiyasının nəzarətində olan yerli şuraya qarşı “basqın” planlaşdırması barədə yayılan şayiələrdir.

İslahat Partiyasının rəsmi nümayəndəsi nəşrə verdiyi açıqlamada bildirib ki, Leyboristlərin hərəkətləri mahiyyət etibarilə siyasi çevriliş cəhdinə bərabərdir. Partiya bu addımlara qarşı ən sərt hüquqi tədbirlərin görüləcəyinə söz verib.

Xatırladaq ki, daxili gərginliklə yanaşı, Starmerin Ukraynaya qoşun yeritmək üçün “könüllülərin koalisiyası” yaratmaq planı ölkədə tənqidlərə səbəb olmuşdu.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
67
qafqazinfo.az

1Mənbələr