AZ

Muzey əməlkdaşı sevgilisinin üzünü DOĞRADI – FOTOLAR

Sankt-Peterburqda muzey bərpaçısı sevgilisinin üzünü doğrayıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Qısqanc kişi qadının mənzilinə soxularaq ona şüşə butulkalarla hücum edib.

Məlumata görə, Sankt-Peterburqda Rus Muzeyinin bərpaçısı (restavrator) qısqanclıq zəminində sevgilisinə hücum edərək onu eybəcər hala salıb.

Hadisə qadının keçmiş sevgilisi ilə ünsiyyət qurması səbəbindən baş verib.

Kişi İrinanın keçmiş sevgilisi ilə yazışdığını öyrənib. Bundan qəzəblənən şəxs onun mənzilinə soxulub və sevgilisinə şüşə butulkalar atmağa başlayıb.

Sınan şüşə qırıntıları qadının üzünü kəsərək dərin xəsarətlər yetirib. Daha sonra o, qadının baş nahiyəsinə zərbələr endirərək onu döyüb.

İrinanın sözlərinə görə, həmin şəxs əvvəllər də ona əl qaldırıb. Zərərçəkən artıq polisə şikayət ərizəsi yazıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
61
1
interpress.az

2Mənbələr