AZ

Atəşkəs danışıqlarının tarixi açıqlandı

Tailand və Kamboca 24 dekabrda atəşkəs danışıqları aparacaqlar.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Tailandın xarici işlər naziri Sihasak Fuanxetkeo ASEAN iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

O, Tailandın müvafiq məsələlərin ikitərəfli kanallar vasitəsilə həll olunmasını gözlədiyini qeyd edib.

Qeyd edək ki, bir müddət əvvəl Tailand ordusunun Hərbi Dəniz Qüvvələri Kamboca qoşunlarını ölkə ərazisindən çıxarmaq üçün Trat əyalətində əməliyyata başlamışdı. Hər iki tərəfdə ölən və yaralananlar olub./Axar.az


Telegram kanalımız
Seçilən
53
yenisabah.az

1Mənbələr