AZ

Somalidə terror əməliyyatı 15 silahlı zərərsizləşdirilib

525.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Somali Milli Ordusu Orta Şabel bölgəsində terror təşkilatı “Əl-Şəbab”a qarşı əməliyyat keçirib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Somali Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əməliyyat Cabad Qodane qəsəbəsində həyata keçirilib. Əməliyyat zamanı 15 təşkilat üzvü zərərsizləşdirilib. Zərərsizləşdirilən terrorçular arasında Cabad Qodanedə “Əl-Şəbab” lideri kimi tanınan Cəfər Ədənin, həmçinin təşkilatın səhiyyə işçisi Abdirisaq Əlinin və bölgədə fəaliyyət göstərən təşkilatın bir qolunun rəhbəri Daudun olduğu qeyd edilib.

Müdafiə Nazirliyi bəyan edib ki, Somali ordusu terror şəbəkələrini tamamilə məhv etmək və ölkədə davamlı sülh, sabitlik və təhlükəsizliyi təmin etmək üçün əməliyyatlarını davam etdirəcək.

Qeyd edək ki, 2006-cı ildə Somalidə yaranan “Əl-Şəbab” terror təşkilatı uzun illərdir ki, hökumətə və beynəlxalq sülhməramlı qüvvələrə qarşı hücumlar həyata keçirir.

İbrahim Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
68
525.az

1Mənbələr