AZ

Hələbdə toqquşmalar 2 ölü, 13 yaralı

525.az saytından alınan məlumata görə, ain.az bildirir.

"Suriya Demokratik Qüvvələri" (SDQ) qruplaşması Hələbin mərkəzi və ətrafındakı mülki yaşayış məntəqələrinə artilleriya və minaatanlardan hücumlar təşkil edib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hücumlar nəticəsində 2 mülki şəxs ölüb, 13 nəfər yaralanıb.

Yerli mətbuat SDQ qoşunlarının Hələbin mərkəzindəki Cəmiliyyə, Süryan və Cisr Razi məhəllələrini, eləcə də Sabqa qəsəbəsini hədəf aldığını yazıb. Hücumlar nəticəsində bəzi evlər yanıb.

Hücumlardan sonra yerli əhali daha təhlükəsiz hesab etdikləri ərazilərə köç etməyə başlayıb.

İbrahim Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
101
525.az

1Mənbələr