AZ

“Traktor”dan ardıcıl dördüncü qələbə - ÇL

style='margin-bottom:10px;'>

"Traktor" Asiya Çempionlar Liqasının əsas mərhələsində 6-cı tur oyununa çıxıb.

QOL.az xəbər verir ki, Təbriz təmsilçisi öz meydanında Qətərin “Əl-Duhail” klubunu qəbul edib.

İlk hissədən sonra hesabda geridə olsa da, “Traktor” fasilədən sonra geridönüş edərək əzmkar qələbə qazanıb. 

“Traktor” (İran) - “Əl-Duhail” (Qətər) - 2:1
Qollar:
Benjamin Bourigeaud, 35-pen. (0:1), Shoja Xalilzadeh, 51 (1:1), Amirhossein Hosseinzadeh, 90+2 (2:1)

Ardıcıl dördüncü qələbəsini qazanan “Traktor” 14 xalla turnir cədvəlində 2-ci pilləyə yüksəlib. Bu qələbə sayəsində Təbriz klubu həm də pley-offa vəsiqəni təmin edib. 

Xatırladaq ki, yarışda ümumilikdə 12 komanda mübarizə aparır.

Seçilən
22
1
teleqraf.com

2Mənbələr