AZ

Polşada şaxtaçılar yerin altında etiraz aksiyası keçirirlər

525.az saytına istinadən ain.az xəbər verir.

Şlensk vilayətində "Sileziya" kömür mədəninin işçiləri yerim altında etiraz aksiyası keçirirlər.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, onlar mədən rəhbərliyinin işçiləri ixtisara salmasına qarşı çıxıblar.

Məlumata görə, 700-ə yaxın şaxtaçının işsiz qalma ehtimalı var. Bundan əlavə, onlar işlərini itirəcəyi təqdirdə sosial güzəştlərdən də məhrum olacaqlar. 

Aksiya həmkarlar ittifaqının xəbəri olmadan, planlı şəkildə düzənlənməyib. Belə ki, gecə növbəsinin onlarla əməkdaşı 500 metr dərinlikdən qalxmaqdan imtina edib.

Qeyd edək ki, qarşıdakı günlərdə mədənin digər əməkdaşlarının da aksiyaya qoşulması gözlənilir.

L.Tağıyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
525.az

1Mənbələr